İNCİLDƏ SEVGİ


Sevgili qardaşlarım, bir-birimizi sevək, çünki sevgi Allahdandır. Sevən hər kəs də Allahdan (Allahın ruhundan) var olmuşdur və Allahı tanıyır. Sevməyən kəs Allahı tanımır, çünki Allah sevgidir. (1 Yəhya, 4:7-8)

 

Biz Allahın bizə olan sevgisini anlayıb buna inandıq. Allah sevgidir. Kim sevgidə qalarsa, Allahda [Allahın rizasına uyğun] yaşayar. (1 Yəhya, 4:16)

 

Allahı sevmək, Onun əmrlərinə riayət etmək deməkdir… (1 Yəhya, 5:3)

 

Biz sevirik, çünki öncə O [Allah] bizi sevdi. (1 Yəhya, 4:19)

 

Sevgi Allahın əmrlərinə görə həyat sürməyimizi tələb edir. Əvvəldən bəri eşitdiyiniz kimi əmr budur; gərək bu əmrə görə həyat sürəsiniz. (2 Yəhya, 1:6)

 

İlahiyyatçılardan biri gəlib onların mübahisələrinə qulaq asdı və İsanın onlara yaxşı cavab verdiyini görüb Ondan soruşdu: “Əmrlərin ən əsası hansıdır?” İsa cavab verdi: “Əmrlərin ən əsası budur: “Dinlə, ey İsrail! Allahımız Rəbb yeganə Rəbdir. Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün düşüncənlə və bütün gücünlə sev”. (Mark, 12:28-30)

 

İnsanın Allahı bütün qəlbinlə, bütün ağlınla və bütün gücünlə sevmək, qonşunu da özün kimi sevmək yandırma qurbanlarının və başqa qurbanların hamısından daha vacibdir”. (Mark, 12:33)

 

... Allahın olan Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün gücünlə və bütün düşüncənlə sev ... . (Luka, 10:27)

 

... Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla və bütün düşüncənlə sev. Bu, böyük və əsas əmrdir. (Matta, 22:37-39)

 

Ümidimiz də boşa çıxmır, çünki Allahın sevgisi ürəklərimizə tökülüb (Romalılara, 5:5)

 

Ancaq dünya bilməlidir ki, Mən Allahı sevirəm və Allah Mənə nə əmr etdisə, ona əməl edirəm. (Yəhya, 14:31)

 

Amma kim Allahı sevirsə, Allah onun haqqında hər şeyi bilir. (1 Korinflilərə, 8:3)

 

Çünki əminəm ki, nə ölüm, nə həyat, ... nə başçılar, nə indiki, nə də gələcək şeylər, nə qüvvələr, nə ucalıq, nə dərinlik, nə də başqa bir məxluq bizi ... Allah sevgisindən ayırmağa qadir olmayacaq. (Romalılara, 8:38-39)

 

... Allah sevgidir. Kim sevgidə qalarsa, Allahda [Allahın rizasına uyğun] yaşayar. (1 Yəhya, 4:16)

 

Sevgi səbirli, xeyirxahdır. Sevgi paxıllıq etməz, öyünməz, lovğalanmaz, kobudluq etməz, öz xeyrini güdməz, hirslənməz, ona edilən pislikləri sayıb-hesablamaz. Sevgi haqsızlığa sevinməz, həqiqətə isə şadlanar. O hər şeyə qatlaşar, hər şeyə inanar, hər şeyə ümid bəsləyər, hər şeyə dözər. Sevgi [Allahın sevgisi] əsla tükənməz... (1 Korinflilərə, 13:4-8)

 

Ona görə ürəklərimiz pis vicdandan paklanmış, bədənlərimiz də təmiz su ilə yuyulmuş halda imanın tam etimadı ilə, səmimi qəlblə Allaha yaxınlaşaq. Ümid verən əqidədən möhkəm tutaq, çünki vəd verən Allah sadiqdir. (İbranilərə, 10:22-25)

 

Dualarımızda sizi yada salıb həmişə hər birinizə görə Allaha şükür edirik. Çünki imandan yaranan əməllərinizi, sevgidən doğan zəhmətinizi ... Allah qarşısında daim yada salırıq. (1 Saloniklilərə, 1:2-3)

 

Qoy Rəbb ürəklərinizi Allahın sevgisinə və Məsihin səbrinə yönəltsin. (2 Saloniklilərə, 3:5)

 

Mərhəmət, sülh və sevgi sizə bol-bol verilsin! (Yəhuda, 1:2)

 

Dua edirəm ki, sevginiz bilik və hər cür idrak baxımından get-gedə daha çox artsın, siz Məsihin zühur edəcəyi gün pak və nöqsansız, Allahın izzəti və mədhi üçün İsa Məsihdən gələn salehlik bəhrələri ilə dolu olmaq üçün ən ali dəyərləri ayırd edə biləsiniz. (Filipililərə, 1:9-11)

 

Bu əmrin məqsədi pak ürəkdən, təmiz vicdandan və riyasız imandan gələn sevgidir. (1 Timoteyə, 1:5)

 

Amma necə ki yazılmışdı: “Allahın Onu sevənlər üçün [axirət həyatında] hazırladıqlarını Nə göz görüb, nə qulaq eşidib, Nə də insan ürəyi dərk edib”. (1 Korinflilərə, 2:9)


 << Geri