İNCİLDƏ SEVGİ


İsa məbəddən çıxıb gedərkən şagirdləri məbədin binalarını ona göstərmək üçün yanına gəldilər. İsa onlara cavab verib dedi: “Bütün bunları görürsünüzmü? Sizə doğrusunu deyirəm: onların daşı daş üstündə qalmayacaq, hamısı yerlə yeksan olacaq”. İsa Zeytun dağında oturanda şagirdlər ayrılıqda onun yanına gəlib dedilər: “Bizə söylə, bu dediklərin nə vaxt baş verəcək? Sənin zühurun və dövrün sonuna hansı əlamətlər olacaq?” İsa onlara cavab verib dedi: “Ehtiyatlı olun, qoy sizi heç kim aldatmasın. Çünki mənim adımla çox adam gəlib “Məsih mənəm” deyərək çoxlarını aldadacaq. Siz müharibələr və müharibə xəbərləri eşidəcəksiniz. Amma təlaşa düşməyin. Bunlar baş verməlidir, amma bu hələ hər şeyin axırı deyil. Çünki millət millətə, padşahlıq padşahlığa qarşı çıxacaq. Yerbəyer aclıq və zəlzələlər olacaq. Bütün bunlar sanki doğuş sancılarının başlanğıcıdır. Onda bir çoxu imandan büdrəyəcək ... bir-birinə nifrət edəcək. Bir çox yalançı peyğəmbər törəyib çox adamı aldadacaq. Qanunsuzluq çoxaldığı üçün bir çoxunun sevgisi soyuyacaq. Amma axıracan dözən xilas olacaq. (Matta, 24:1-13)

 

Aranızda dava və çəkişmələrin kökü haradandır? Bədənlərinizin üzvlərində mübarizə edən ehtiraslarınızdan deyilmi? Nə isə arzu edib əldə etməyincə adam öldürürsünüz. Həsəd aparırsınız, amma istədiyinizə nail olmayınca çəkişib dava edirsiniz. Əldə edə bilmirsiniz, çünki Allahdan diləmirsiniz. Diləyirsiniz, amma almırsınız, çünki öz kefinizə sərf etmək üçün pis niyyətlə diləyirsiniz. Ey vəfasızlar, dünya ilə dostluğun Allaha qarşı düşmənçilik olduğunu bilmirsinizmi? Buna görə də dünya ilə dost olmaq istəyən özünü Allaha düşmən edər. (Yaqub, 4:1-4)

 

Vay halınıza, ... siz nanə, sədəfotu və hər cür göyərtinin onda birini verirsiniz, lakin ədalətə və Allah sevgisinə etinasızlıq göstərirsiniz. Amma onda biri verməklə yanaşı bunları da yerinə yetirməli idiniz. (Luka, 11:42)


 << Geri