İNCİLDƏ SEVGİ


Həqiqi sevgi imandandır

İman gətirənlər və yaxşı işlər görənlər isə, Rəhman (olan Allah), onlar üçün bir sevgi yaradacaq. (Məryəm surəsi, 96)

 

Sevgini qəlblərə yerləşdirən Allahdır

Tərəfimizdən ona bir sevgi həssaslığı və təmizlik (də verdik). O, müttəqi idi. (Məryəm surəsi, 13)

 

"Onu sandığın içinə qoy, suya burax ki, çay onu sahilə buraxsın; onu mənim düşmənim, onun da düşməni olan biri alacaq. Gözümün önündə yetişdirmən üçün, özümdən sənə bir sevgi oyatdım." (Taha surəsi, 39)

 

Bəlkə Allah, sizlərlə onlardan özlərinə qarşı düşmənçilik bəslədiyiniz kimsələr arasında bir dostluq yaratsın. Allah, güc yetirəndir. Allah, həqiqətən, bağışlayandır, rəhm edəndir. (Mumtəhənə surəsi, 7)


Sevgi fədakarlıq tələb edir

Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər (İnsan surəsi, 8)

 

Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl sahibləri Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbir edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da elə məhz onlardır. (Bəqərə surəsi, 177)

Allah rizası üçün edilən yaxşılıqlardan sadəcə sevgi gözləmək

İman gətirib yaxşı işlər görən qullarına Allahın müjdə verdiyi nemət budur. De: “Mən sizdən bunun əvəzində qohumluq sevgisindən başqa bir şey istəmirəm”. Kim bir yaxşılıq etsə, onun savabını artırarıq. Həqiqətən, Allah Bağışlayandır, şükrün əvəzini verəndir. (Şura surəsi, 23)

Sevgi Allah üçün olmalıdır

İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini Ona tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini görəydilər. (Bəqərə surəsi, 165)

 

Ey iman gətirənlər! Mənim düşmənimi də, öz düşməninizi də özünüzə dost tutmayın! Onlar sizə gələn həqiqəti inkar etdikləri halda, siz onlara mehribanlıq göstərib sirrinizi açıb deyirsiniz. Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi yurdunuzdan qovub çıxardırlar. Əgər siz Mənim yolumda və Mənim razılığımı qazanmaq uğrunda cihada çıxmısınızsa, onlara gizlində mehribanlıq göstərirsiniz. Mən sizin gizli saxladığınızı da, aşkar etdiyinizi də bilirəm. Sizlərdən kim bunu etsə, doğru yoldan sapmış olar. (Mumtəhənə surəsi, 1)

 

Allaha və Axirət gününə iman gətirən elə bir camaat tapa bilməzsən ki, onlar Allaha və Onun Elçisinə düşmən olanlarla – öz ataları, oğulları, qardaşları, qohum-əqrəbaları olsalar belə – dostluq etsinlər. Allah onların qəlbinə iman salmış və onları Öz tərəfindən bir ruhla dəstəkləmişdir. Allah onları ağacları altından çaylar axan Cənnət bağlarına daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər. Həqiqətən, məhz Allahın firqəsi nicat tapanlardır. (Mücadilə surəsi, 22)

 

Süleyman dedi: “Mən, günəş üfüqdə batanadək nemətə olan məhəbbəti Rəbbimi zikr etməkdən üstün tutdum – atlar məni əsr namazından yayındırdı”. (Sad surəsi, 32)


Sevgidə şirk

Şəhərdəki qadınlar dedilər: “Zadəgan kişinin arvadı cavan köləsini yoldan çıxartmaq istəyir. Ehtiras onu coşdurmuşdur. Biz onu aşkar bir azğınlıq içində görürük”. (Yusif surəsi, 30)

 

İbrahim dedi: “Siz aranızda ancaq dünya həyatına bəslədiyiniz vurğunluğa görə Allahı qoyub bütlərə pərəstiş etdiniz. Sonra isə Qiyamət günü bir-birinizi kafir adlandırıb lənətləyəcəksiniz. Sığınacağınız Od olacaqdır. Sizə yardım edə bilən kəslər də tapa bilməyəcəksiniz”. (Ənkəbut surəsi, 25)

Evlilik saf Allah rizası və sevgi üzərinə olmalıdır

Ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün özünüzdən zövcələr yaratması, aranıza məhəbbət və mərhəmət salması da Onun dəlillərindəndir. Həqiqətən, bunda düşünənlər üçün ibrətamiz dəlillər vardır. (Rum surəsi, 21)

 

Biz Cənnətdəki qadınları yeni biçimdə yaradacağıq. Onları bakirə qızlar edəcəyik –ərlərini sevən, həmyaşıdlar. (Vaqiə surəsi, 35-37)

Sevgidə şirk, ruhda sərtlik meydana gətirər

Həqiqətən, o, var-dövlətə çox hərisdir. (Adiyat surəsi, 8)


 << Geri