İNCİLDƏ SEVGİ


Ey Allahın sevimlisi olan qardaşlar, bilirik ki, O sizi seçib. (1 Saloniklilərə, 1:4)

 

Bizsə, ey Rəbbin sevdiyi qardaşlar, sizin üçün həmişə Allaha şükür etməliyik. Çünki Allah başlanğıcdan sizi ... həqiqətə iman vasitəsilə xilas üçün seçdi. ... bizi sevib lütfü ilə əbədi cəsarət və xeyirli ümid verən Allah sizi ürəkləndirsin, hər yaxşı söz və əməldə möhkəmləndirsin. (2 Saloniklilərə, 2:13-17)

 

Biz Allahın bizə olan sevgini anlayıb buna inandıq... (1 Yəhya, 4:16)

 

Biz sevirik, çünki öncə O bizi sevdi. (1 Yəhya, 4:19)


 

... Bu izzəti dünya yaranmazdan əvvəl Məni sevdiyin üçün Mənə verdin. (Yəhya, 17:24)

 

Rəbb bir-birinizə və bütün insanlara olan sevgisinizi ... artırıb-çoxaltsın. (1 Saloniklilərə, 3:12)

 

Axı Allah ... əməlinizi və Onun adı ilə müqəddəslərə (Özünü Allaha həsr etmiş olanlara) əvvəldən və indi də xidmət etməklə göstərdiyiniz sevgini unutmaz. (İbranilərə, 6:10)

 

… Çünki Allah sevinə-sevinə pay verən adamı sevir. Allah sizə hər bir neməti bol-bol verə bilər. Belə ki hər bir şeyə həmişə, hərtərəfli, kifayət qədər sahib olmaqla hər yaxşı əməl üçün bol-bol imkanınız olsun. (2 Korinflilərə, 9:7-8)

 

Biz Allahın bizə olan sevgisini anlayıb buna inandıq... (1 Yəhya, 4:16)


 << Geri